İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin geniş tərkibdə görüşü olmuşdur
09 aprel 2014, 13:00
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə geniş tərkibdə danışıqları olmuşdur.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd edildi. Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin Davosda keçirilən görüşündə ölkələrimiz arasında açıq, səmimi münasibətlərin inkişaf etdirilməsi yolları ətrafında aparılan fikir mübadiləsi məmnunluqla xatırlandı.
Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Bu imkanların reallaşdırılması, əməkdaşlığın daha da dərinləşməsinə mane ola biləcək əngəllərin aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsinin zəruriliyi vurğulandı.
Sonra Prezident İlham Əliyevin və Prezident Həsən Ruhaninin təkbətək görüşü oldu.