Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


08 aprel 2014, 14:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Aslanov Əli Qaçay oğlu
Baxşəliyev Vəli Baxşəli oğlu
Eyvazov Həsənəli Cahangir oğlu
Eyvazov Məmmədəli Əhməd oğlu
Əliyev Asim Yediyar oğlu
Həsənov Əsgər İbrahim oğlu
Quliyev Musa Rəhim oğlu
Məmmədov Rafiq Ağəli oğlu
Novruzov Namiq Yaqub oğlu
Sadiqov İlqar Beytulla oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2014-cü il.