logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlqar Hüseynovdan, Gədəbəy, Azərbaycan

Text size icon-size icon-size

04 aprel 2014, 11:35

Hörmətli cənab Prezident!

Siz ölkəmizin hər yerində olduğu kimi, Gədəbəy rayonunda da yolların abadlaşdırılmasına böyük diqqət göstərirsiniz. Bu məqsədlə Sizin sərəncamlarınızla rayonumuza dəfələrlə vəsait ayrılmışdır. Keçən ilin sentyabr ayında Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun tikintisi üçün ayırdığınız vəsait hesabına xeyli iş görülmüş, Qarıkənddən Miskinli kəndinin girəcəyinə kimi rahat asfalt yol salınmışdır. Yolun qalan hissəsi çətin əraziyə düşdüyünə görə burada daha çox iş görülməsi lazım gəlir.

Hörmətli cənab Prezident! Sizin olduqca böyük qayğı göstərərək, yolun tikintisinin davam etdirilməsi və gəlib bizim yaşadığımız Çalburun kəndinə çatması üçün yenidən vəsait ayrılması barədə bu günlərdə verdiyiniz Sərəncam sakinlərimizi hədsiz dərəcədə sevindirdi. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Hüseynov İlqar Məlik oğlu.

Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çalburun kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi