A.S.Dzasoxovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


03 aprel 2014, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Aleksandr Sergeyeviç Dzasoxov “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 aprel 2014-cü il.