Natiq Ağabəyovdan, Qusar, Azərbaycan


02 aprel 2014, 18:20
Hörmətli cənab Prezident!
Sizin Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğını təqdirəlayiq hal kimi qiymətləndiririk. Bu yaxınlarda imzaladığınız məlum Sərəncam və fərmanlar sosial müdafiəmizin gücləndirilməsinə və rifah halımızın yaxşılaşdırılmasına hesablanmış bir addımdır.
Möhtərəm Prezident! Biz Qarabağ müharibəsi əlilləri həmişə Sizi özümüzə arxa, dayaq bilmişik. Sizə söz veririk ki, hər zaman əmrinizlə yağı düşməni məhv etməyə hazırıq və bu işdə bizə arxalana bilərsiniz. Atalar demişkən: “Elə arxalanan igidin arxası yerə dəyməz”.
Bir daha Sizə təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Ağabəyov Natiq Nadir oğlu,
Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Qusar rayonu.