Füzuli Rzaquliyevdən, Bakı, Azərbaycan


02 aprel 2014, 18:16
Möhtərəm Prezident!
Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında, müharibə veteranlarına və şəhid ailələrinə sosial müavinətlərin məbləğinin artırılması haqqında fərmanlara və müharibə əlillərinin övladlarının təhsil haqqından azad olunması barədə Sərəncama görə Sizə təşkilatımızın bütün üzvləri adından təşəkkürümüzü bildiririk. Bu, bizim üçün əsl Novruz hədiyyəsi oldu.
Biz Qarabağ müharibəsi əlilləri, veteranları və ailə üzvlərimiz bunu Silahlı Qüvvələrin Ali Baş Komandanı olaraq Sizin bizə olan böyük diqqət və qayğınız kimi qiymətləndirir və Sizi əmin edirik ki, hər zaman aparacağınız siyasəti dəstəkləyəcək və torpaqlarımızı işğaldan azad etmək üçün döyüş əmrinizə hazır olacağıq.
Hörmətli cənab Prezident! Ölkəmizin inkişafı və tərəqqisi, xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq.
64 min nəfər müharibə veteranı adından dərin hörmətlə,
Rzaquliyev Füzuli,
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.