İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Text size
02 aprel 2014, 15:15
Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla inkişaf etdiyi vurğulandı, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin ölkəmizə səfərinin bu sahədə əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.