Rəşadət Əliyevdən, Gədəbəy, Azərbaycan
Text size


02 aprel 2014, 12:00
Hörmətli cənab Prezident!
Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə əlaqədar bu il martın 31-də verdiyiniz Sərəncam rayonumuzun bütün əhalisi ilə yanaşı, bizim yaşadığımız Çaldaş kəndinin sakinlərini də çox sevindirmişdir. Çünki istifadəyə verildikdən sonra kəndimizin 2 min nəfərdən artıq sakini bu yoldan istifadə edəcəkdir. Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Əliyev Rəşadət Fərman oğlu.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çaldaş kəndi.