Ə. Əzizovdan, Yevlax, Azərbaycan


29 mart 2014, 12:00
Hörmətli cənab Prezident!
Xalqımızın milli bayramı – Novruz ərəfəsində müharibə əlillərinə, veteranlara və şəhid ailələrinə, eyni zamanda onların uşaqlarına göstərdiyiniz diqqətə görə rayonumuzun bütün əlilləri, veteranları və şəhid ailələri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
İmtiyazlı şəxslərin rifah halının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması barədə imzaladığınız 2014-cü il 17 və 18 mart tarixli məlum sərəncam və fərmanlarınız hesab edirik ki, təkcə bizə deyil, bütövlükdə ölkə vətəndaşlarına verilən yüksək dəyərdir. Biz bu addımınızı çıxışlarınızdan birində qeyd etdiyiniz “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı və təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik” fikirlərinizin əməli təsdiqi hesab edirik.
Möhtərəm Prezident! Bir daha Sizə təşəkkürümüzü çatdırırıq. Allah Sizi həmişə uca etsin!
Böyük hörmətlə.
Əzizov Ə,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yevlax şəhər şöbəsinin sədri.
Azərbaycan Respublikası, Yevlax şəhəri.