Firudin Abdulovdan, Bərdə, Azərbaycan


28 mart 2014, 11:45
Hörmətli cənab Prezident!
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli Fərmanınız həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız hər birimizi ürəkdən sevindirdi.
Sizə olan minnətdarlığımız və arzularımız sözlə ifadə edilməyəcək qədər çoxdur.
Yaşa mənim Prezidentim!
Böyük hörmətlə,
Abdulov Firudin Bəşir oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Bərdə rayonu.