Almaz Aşırovdan, Gəncə, Azərbaycan


27 mart 2014, 16:00
Hörmətli cənab Prezident!
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərindən azad edilməsi ilə əlaqədar imzaladığınız 2014-cü il 17 və 18 mart tarixli müvafiq Sərəncam və fərmanlarınızı biz döyüşçülərə olan ən ali dövlət qayğısı kimi qəbul edirik. Siz dövlətimizin inkişafının və xalqımızın sosial rifahının yaxşılaşdırılmasının təminatçısısınız.
Möhtərəm Prezident! Bütün Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizi bədnəzərdən qorusun!
Hörmətlə,
Aşırov Almaz Əmirxan oğlu,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.