logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ramil Nağıyevdən, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

19 mart 2014, 17:00

Hörmətli cənab Prezident! 

İlk öncə Sizi xalqımızın milli bayramı - Novruz münasibətilə şəxsən öz adımdan və ailəm adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailənizə xoşbəxtlik arzu edirəm. Eyni zamanda, bu bayram ərəfəsində Azərbaycan Respublikasının azadlığı, ərazi bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş vətən oğullarının sosial rifahlarının daha da yaxşılaşdırılması naminə imzaladığınız Sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanımızın çiçəklənməsi, torpaqlarımızın azad olunması istiqamətində uğurlu fəaliyyətinizdə Sizə uğurlar arzulayıram!

Hörmətlə,

Nağıyev Ramil Bəbir oğlu,
I qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağcabədi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi