İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə
Text size


15 mart 2014, 15:10
Hörmətli cənab Prezident,
İrlandiyanın milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-İrlandiya əlaqələri daha da inkişaf edərək ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İrlandiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 mart 2014-cü il.