Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə Azərbaycan Respublikasının Qanunu
Text size
07 mart 2014, 15:45
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” 2001-ci il aprelin 3-də Paris şəhərində imzalanmış Sazişə müvafiq bəyanatlarla qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 fevral 2014-cü il.