logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

06 mart 2014, 19:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2014-cü il yanvarın 14-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Fransa Respublikasının müdafiə naziri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Texniki Anlaşma” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Texniki Anlaşmanın müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Texniki Anlaşmanın qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi