Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Rosen Plevneliyevə
Text size


01 mart 2014, 15:45
Hörmətli cənab Prezident,
Bolqarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 fevral 2014-cü il