logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Meksikanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdir

Text size icon-size icon-size

01 mart 2014, 13:40

Prezident İlham Əliyev Birləşmiş Meksika Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marta Elena Barsenanın etimadnaməsini qəbul etmişdir.

Səfir xanım Marta Elena Barsena fəxri qarovul dəstəsinin qarşısından keçdi. 

Xanım Marta Elena Barsena etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Marta Elena Barsena ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi