Dominikan Respublikasının Prezidenti Zati-aliləri cənab Danilo Medinaya
Text size


27 fevral 2014, 18:20
Hörmətli cənab Prezident,
Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Dominikan Respublikası arasında münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 fevral 2014-cü il.