logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bruney Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha

Text size icon-size icon-size

22 fevral 2014, 15:50

Əlahəzrət,

Bruney Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Bruney arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney Darüssalamın dost xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 fevral 2014-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi