R.S.Auşevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


19 fevral 2014, 15:30
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası və Rusiya Federasiyası xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Sultanoviç Auşev “Dostluq” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2014-cü il.