Liviya Dövləti Ümummilli Konqresinin Sədri Zati-aliləri cənab Nuri Əli Əbu Səhmeynə
Text size


15 fevral 2014, 16:15
Hörmətli cənab Sədr,
Liviya Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 fevral 2014-cü il.