logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tural Şirinovdan, Tallinn, Estoniya

Text size icon-size icon-size

13 fevral 2014, 21:00

Möhtərəm Prezident!

İlk növbədə, Sizin Azərbaycan qarşısında xidmətlərinizi vurğulamaq istəyirəm. Bu xidmətlərin sayəsində Azərbaycan vətəndaşları hazırda firavan yaşayırlar. Bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Sizin sayənizdə mümkün olmuşdur. Siz yüksək və məsul vəzifənizdə qısa müddət ərzində xalqımız üçün çox işlər görə bilmisiniz, buna görə də seçicilər məhz Sizə səs vermişlər. Xalqımız gördüyünüz və indi də davam etdirdiyiniz bütün işlərə görə Sizə minnətdardır.

Gözəl, zəngin, güclü və sabit Azərbaycan Sizin Vətənimiz və xalqımız qarşısında xidmətinizdir. Azərbaycanın iqtisadi yüksəlişini təkcə ölkəmizin vətəndaşları deyil, həm də Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait yatıran sərmayədarlar görürlər.

Vətəndən uzaqda olmağımıza baxmayaraq, biz hamımız Azərbaycanın vətənpərvərləriyik və bizim prezidentimiz Sizsiniz – İlham Əliyev. Siz hər bir azərbaycanlının Prezidentisiniz. İri investisiya layihələri paytaxtımızı bütün MDB məkanında ən möhkəm və sabit paytaxta çevirmişdir. Biz hamımız seçkilərdə Sizə qələbə arzulayırdıq, çünki Sizin qələbəniz Azərbaycanda sabitliyin qarantıdır.

Heydər Əliyevdən əvvəl hakimiyyətdə olanların dövründə Azərbaycanda nələr baş verdiyini və onların Azərbaycanı hansı vəziyyətə saldıqlarını hamımız yaxşı xatırlayırıq.

Dünyanın bütün azərbaycanlı gəncləri adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Tural Şirinov,
Azərbaycanlı gənclər təşkilatının fəalı

Estoniya, Tallinn şəhəri 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi