logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşü olmuşdur

Text size icon-size icon-size

06 fevral 2014, 22:00

Prezident İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edildi, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirildi. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi