“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 fevral tarixli 67 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan respublikası Prezidentinin Fərmanı
04 fevral 2014, 11:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 687-IVQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 758-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 fevral tarixli 67 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 2, maddə 80) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.