Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Mahinda Racapaksaya
Text size


03 fevral 2014, 17:55
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı münasibətlər inkişaf edərək dostluğumuzun möhkəmlənməsinə, əməkdaşlığımızın genişlənməsinə töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 yanvar 2014-cü il.