Əkbər Şəfaqətovdan, Bakı, Azərbaycan


03 fevral 2014, 17:10
Hörmətli cənab Prezident!
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər İsmayıllı rayonunda da özünü göstərməkdədir. Belə ki, İsmayıllı şəhərində və rayonumuzun kəndlərində geniş tikinti, quruculuq və abadlıq işləri görülür. Məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər sosial obyektlər tikilib istifadəyə verilir.
Bizim kəndimiz də bu tikinti-quruculuq işlərindən kənarda qalmamışdır. 2014-cü il fevralın 1-də kəndimizin mavi qazla təchiz edilməsi, kəndimizdə yeni yolun və artezian quyusunun istifadəyə verilməsi kənd əhalisinin böyük sevincinə səbəb olmuşdur. Bu soyuqlu-çovğunlu qış günlərində xalqımıza, eləcə də biz Diyallılara bəxş etdiyiniz isti məhəbbətə görə hamılıqla Sizə minnətdarıq.
Bütün bunlara görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Şəfaqətov Əkbər Soltan oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Diyallı kəndi.