Rohid Quliyevdən, Bakı, Azərbaycan


03 fevral 2014, 14:15
Hörmətli cənab Prezident!
İlk öncə Sizi salamlayıram. Ölkəmizin davamlı və dinamik inkişafı naminə həyata keçirdiyiniz siyasətə görə Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, Siz 2014-cü ili “Sənaye ili” elan etdiniz. Düşünürəm ki, bu Sizin uzaqgörən siyasətinizdir.
Sevindirici haldır ki, Sizin müxtəlif sahələr üzrə elan etdiyiniz illərin hər birində əsas məqsəd ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönəlmişdir. İnanıram ki, bu il ölkəmizdə sənaye daha sürətlə inkişaf edəcəkdir. Tam fəxrlə və əminliklə deyə bilərəm ki, ölkəmiz neft asılılığından uğurla xilas olmuşdur. Bu, Sizin siyasətinizin uğuru, əhatəliliyi və uzaqgörənliyidir. Biz Sizinlə qürur duyuruq.
Möhtərəm Prezident, ölkəmizin və xalqımızın bu günü və gələcəyi naminə gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və təşəkkür edirəm.
Dərin hörmətlə,
Quliyev Rohid Nəzahir oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.