İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin görüşü olmuşdur
23 yanvar 2014, 23:00
Davosda Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olmuşdur.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirildi. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edildi. Münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.