logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür

Text size icon-size icon-size

23 yanvar 2014, 20:05

Prezident İlham Əliyev Davosda “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edildi, bu əlaqələrin inkişafında “GDF Suez” şirkətinin də xüsusi rolu vurğulandı.

Söhbət zamanı “GDF Suez” şirkəti ilə “Abşeron” qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olundu və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi