logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşmüşdür

Text size icon-size icon-size

23 yanvar 2014, 20:00

Prezident İlham Əliyev Davosda “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında “Hewlett-Packard” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi