logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşmüşdür

Text size icon-size icon-size

22 yanvar 2014, 19:45

Prezident İlham Əliyev Davosda Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirildi, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığımızın genişlənməsindən məmnunluq ifadə olundu.

Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.
 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi