ABŞ-ın Texas ştatında Birləşmiş Cərrahiyyə Tərəfdaşları Beynəlxalq Cəmiyyətinin vitse-prezidenti Milla Perri Consdan
29 dekabr 2013, 12:30
Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizin Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə göstərdiyiniz şəxsi diqqəti və verdiyiniz töhfələri olduqca yüksək qiymətləndiririk. Azərbaycan ilə Texas ştatı arasında yaranmış dostluq əlaqələri bizi çox sevindirir. Biz Sizi və xanımınızı ştatımızda salamlamaqdan böyük məmnunluq duyardıq. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələri mövcuddur və dostluğumuz sizin rəhbərliyinizlə daha da güclənmişdir.
Əminəm ki, prezidentliyinizin növbəti dövründə də ABŞ ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi üçün birgə işləyəcəyik.
Dərin hörmətlə,
Milla Perri Cons
ABŞ-ın Texas ştatında Birləşmiş Cərrahiyyə Tərəfdaşları Beynəlxalq Cəmiyyətinin vitse-prezidenti