logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

ABŞ konqresmeni Eni F.H. Faleomavaeqadan

Text size icon-size icon-size

29 dekabr 2013, 12:00

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlığa Sizin sadiqliyiniz və töhfəniz yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında ölkələrimizin müttəfiqliyi sınaqdan keçmiş və dostluğumuz daha da güclənmişdir.

Əminəm ki, Sizin növbəti prezidentliyiniz dövründə mühüm əhəmiyyət kəsb edən ABŞ-Azərbaycan münasibətləri daha da genişlənəcək və dərinləşəcəkdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, Sizin gördüyünüz vacib işlərin təbliğində Azərbaycanın Dostları Assambleyası böyük səylər göstərir.

Hörmətlə,

Eni F.H. Faleomavaeqa

ABŞ konqresmeni 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi