TUSİAB-ın idarə heyətinin sədri Murat Bakırdan
29 dekabr 2013, 13:10
Əziz və möhtərəm Prezident,
Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB üzvləri adından və şəxsən öz adımdan Zati-alinizi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı diləyirəm.
Zati-aliləri, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizə Azərbaycan xalqının firavanlığı, xoşbəxtliyi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.
Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf və çiçəklənmə yolunda sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır.
Ən dərin hörmətlərimlə,
Murat Bakır
TUSİAB-ın idarə heyətinin sədri