logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Gürcüstan Parlamentinin deputatı Azər Süleymanovdan

Text size icon-size icon-size

29 dekabr 2013, 16:45

Hörmətli cənab Prezident,

Sizi - XXI əsrin görkəmli siyasi xadimini doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, möhkəm cansağlığı və ailə xoşbəxtliyi arzu edirəm.

Əziz Prezident, təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq, mehriban qonşuluq, strateji tərəfdaşlıq ideyalarının Sizin tərəfinizdən uğurla həyata keçirilməsi dost Gürcüstan dövlətində də Zati-alinizə dərin rəğbət hissini gücləndirmiş, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə marağı artırmışdır.

Möhtərəm İlham Heydər oğlu, Sizi ad gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ən xoş arzularımı bildirirəm.

Dərin hörmətlə,

Azər Süleymanov

Gürcüstan Parlamentinin deputatı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi