Almaniyadakı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri, Hannover şəhəri Bothfeld-Vahrenheide rayonun deputatı və inteqrasiya şurasının üzvü Etibar Qəniyevdən
28 dekabr 2013, 16:20
Zati-aliləri,
Sizi doğum gününüz münasibətilə Almaniyanın Aşağı Saksoniya federal əyalətində məskunlaşan Azərbaycan diasporu və Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan cəmiyyəti adından səmimi qəlbdən təbrik edirəm.
Bizim tarixi Vətənimiz - Azərbaycan Respublikası son 10 ildə Sizin rəhbərliyinizlə çox böyük uğurlar qazanmışdır. Ölkənin
iqtisadi, siyasi, sosial həyatı tarixi nailiyyətlərlə zənginləşmişdir. Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmışdır. Ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Diaspor quruculuğu işi geniş vüsət almış, ölkəmiz haqqında həqiqətlərin beynəlxalq aləmdə təbliğinin coğrafiyası genişlənmişdir. İndi Azərbaycan beynəlxalq tədbirlərin, humanitar forumların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilmişdir. Bütün bunlar Azərbaycanın dünyada nüfuzunu artırmışdır.
Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı naminə bütün təşəbbüslərinizdə uğurlar diləyirəm. Allah Sizi qorusun!
Hörmətlə,
Etibar Qəniyev
Almaniyadakı “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Hannover şəhəri Bothfeld-Vahrenheide rayonun deputatı və
inteqrasiya şurasının üzvü