logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size icon-size icon-size

27 dekabr 2013, 21:35

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il noyabrın 13-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Nazirliyi arasında elm, texnologiya, sənaye və sahibkarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi