Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyasının idarə heyətinin sədri Vladimir Petrukdan


27 dekabr 2013, 12:50
Zati-aliləri,
İcazə verin, Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyası adından doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı bildirim, həm şəxsi həyatınızda, həm də Sizin rəhbərliyinizlə regionun lideri statusunu get-gedə möhkəmləndirən müasir müstəqil Azərbaycan naminə mühüm ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım.
Sizi həm də bu ilin oktyabrında keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan xalqı öz gələcəyini növbəti dəfə Sizə etibar etmişdir. Çünki Sizin həyata keçirdiyiniz müdrik siyasətin əsasında Azərbaycan insanı dayanır.
“İnterbudmontaj” Tikinti Assosiasiyası Bakı metropoliteninin əlavə xətlərinin çəkilməsi layihəsində iştirak etməyi özünə böyük şərəf sayır. Eyni zamanda, şirkətin rəhbərliyi dərk edir ki, bu həm də böyük məsuliyyətdir, çünki bu gün Azərbaycanda bütün layihələr yüksək səviyyədə həyata keçirilir. Sizi əmin edirəm ki, Assosiasiyamız yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcəkdir.
Cənab Prezident, icazə verin, Sizə bir daha möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım.
Dərin hörmətlə,
Vladimir Petruk
Ukraynanın “İnterbudmontaj” Tikinti Assosiasiyasının
idarə heyətinin sədri