logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Həmiddən

Text size icon-size icon-size

26 dekabr 2013, 17:55

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Banqladeş Xalq Respublikasının xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Ali dövləti vəzifəyə yenidən seçilməyiniz xalqınızın Azərbaycanı gələcəkdə daha da inkişaf etdirəcəyinizə inamının təsdiqidir.

Banqladeş ilə Azərbaycan arasında sıx əlaqələr ortaq mədəniyyətə və ənənələrə əsaslanır. Əminəm ki, qardaş ölkələrimiz arasındakı bu əlaqələr xalqlarımızın mənafeyi naminə bütün sahələrdə daha da genişlənəcəkdir.

Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və rifah arzulayıram.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Abdul Həmid

Banqladeş Xalq Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi