logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz” Federal Dövlət Büdcə Müəssisəsinin direktoru, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor, tibb elmləri doktoru Mixail Davıdovdan

Text size icon-size icon-size

26 dekabr 2013, 15:05

Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı və rifah arzulayıram.

Qoy etibarlı dostlarınız həmişə yanınızda olsun, doğmalarınızın və yaxınlarınızın sevgisi və dəstəyi Azərbaycan naminə yeni zəfərlər qazanmaq üçün Sizə güc versin.

Sizə səmimi qəlbdən qarşıya qoyduğunuz məqsədlərə nail olmağı arzulayır, ali dövləti vəzifənizdə böyük uğurlar, müstəqil Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq diləyirəm.

Hörmətlə,

Mixail Davıdov

“N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəz”
Federal Dövlət Büdcə Müəssisəsinin direktoru,
Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb
Elmləri Akademiyasının akademiki, professor,
tibb elmləri doktoru 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi