logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan

Text size icon-size icon-size

26 dekabr 2013, 12:00

Əziz İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Mənim ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Azərbaycanın sosial-iqtisadi inkişafı, ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi sahəsində qazanılmış böyük uğurlar Sizin adınızla ayrılmaz şəkildə bağlıdır.

Bu xoş fürsətdən istifadə edib Sizi qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.

Dərin hörmətlə,

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurası sədrinin müavini

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi