““Rosneft” Neft Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri İqor Seçindən


26 dekabr 2013, 14:45
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və nikbinlik diləyirəm.
Artıq on ildir ki, Siz Azərbaycan Respublikasına rəhbərlik edirsiniz. Bu illər ərzində Siz özünüzü müdrik siyasi xadim, tükənməz enerjili, qətiyyətli və prinsipial dövlət rəhbəri kimi göstərmisiniz. Dövlətin idarə olunmasına sərf etdiyiniz qüvvə bu gün nəzərəçarpacaq nəticələr verir – Azərbaycan dinamik inkişaf edir, əhalinin maddi rifahı yüksəlir, iqtisadiyyat təkmilləşir.
Əminəm ki, Sizin məqsədyönlü fəaliyyətiniz və əzmkarlığınız bundan sonra da Azərbaycanın zəngin potensialının uğurla inkişaf etməsinin rəhni kimi qalacaqdır.
Mən ““Rosneft” Neft Şirkəti” ASC ilə Azərbaycan Respublikası arasında yaranmış möhkəm tərəfdaşlıq münasibətlərini çox yüksək qiymətləndirirəm və əməkdaşlığımızın davam edəcəyinə əmin olduğumu bildirirəm. Sizə bütün təşəbbüslərinizdə uğurlar və firavanlıq arzulayıram.
İcazə verin, Sizi və yaxınlarınızı qarşıdan gələn 2014-cü il münasibətilə də təbrik edim. Qoy Yeni il Sizə yeni uğurlar və xoş günlər bəxş etsin.
Hörmətlə,
İqor Seçin
““Rosneft” Neft Şirkəti” Açıq Səhmdar
Cəmiyyətinin prezidenti, idarə heyətinin sədri