Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylovdan Baş direktorun birinci müavini Mixail Qusmandan
26 dekabr 2013, 15:00
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. İcazə verin, bu əlamətdar gündə Sizə - peşəkarlığı və məqsədyönlü fəaliyyəti, işin mahiyyətinə dərindən varmaq, insanları dinləmək bacarığı sayəsində haqlı olaraq nüfuz və hörmət qazanmış liderə ən xoş arzularımızı bildirək.
Sizə möhkəm cansağlığı, nikbinlik, tükənməz enerji, nəzərdə tutduğunuz bütün möhtəşəm planlarınızın uğurla gerçəkləşməsini diləyir, Zati-alinizə və ad gününüzdə yaxşı əhval-ruhiyyədə olmağınızda şəksiz xidmətləri olan yaxınlarınıza xoşbəxtlik və firavanlıq arzulayırıq. Qoy Azərbaycan Respublikasının inkişafı və xalqlarımızın dostluğu naminə bütün səyləriniz bundan sonra da səmərəli nəticələr versin.
Hörmətlə,
Sergey Mixaylov
Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru
Mixail Qusman
Baş direktorun birinci müavini