logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan

Text size icon-size icon-size

26 dekabr 2013, 12:45

Möhtərəm İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi qəbul edin. Azərbaycanın çiçəklənməsi naminə çoxşaxəli və yorulmaz fəaliyyətiniz ən yüksək hörmətə layiqdir.

İcazə verin, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan Respublikasının əmin-amanlığı və tərəqqisi yolunda uğurlar diləyim.

Sizə və xanımınız Mehriban Arif qızına səadət və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Tatyana Anodina
Dövlətlərarası Aviasiya Komitəsinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi