logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

“Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Text size icon-size icon-size

25 dekabr 2013, 15:00

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün Sizin rəhbərliyinizlə Azərbaycan xalqının maddi rifahının yüksəldilməsinə, onun zəngin potensialının üzə çıxarılmasına yönəlmiş kurs uğurla həyata keçirilir. Əminəm ki, Azərbaycanı qarşıda yeni nailiyyətlər və qələbələr gözləyir. Sizin siyasi müdrikliyiniz, təcrübəniz və doğma torpağa, xalqınıza sevginiz bunun rəhnidir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq, bütün işlərinizdə və təşəbbüslərinizdə uğur diləyirəm.

Hörmətlə,

Mixail Qutseriyev

“Russneft” Neft Şirkəti Açıq Səhmdar
Cəmiyyətinin prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi