logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyevdən

Text size icon-size icon-size

25 dekabr 2013, 11:50

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Sizi öz ölkəsinin vətənpərvər oğlu və Azərbaycan Respublikasında sülhün və sabitliyin qorunub saxlanmasına yönəlmiş, ölçülüb-biçilmiş siyasət yürüdən müdrik siyasi xadim kimi tanıyırıq.

Bizim respublikaya xeyirxah münasibətinizə görə Sizə səmimi qəlbdən dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılıq enerjisi, ölkənizdə əmin-amanlıq, çoxşaxəli quruculuq fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Ruslan Edelgeriyev

Rusiya Federasiyası Çeçenistan Respublikası
hökumətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi