logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

ABŞ konqresmeni Eddi Bernis Consondan

Text size icon-size icon-size

25 dekabr 2013, 12:20

Cənab Prezident,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Texasın 30-cu rayonu Amerika əsilli azərbaycanlıların istedadı və töhfəsi sayəsində çox gözəlləşmişdir.

Siz Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə dəyərli töhfələr vermisiniz. Biz bunu yüksək qiymətləndiririk. Sizin rəhbərliyiniz altında ölkələrimizin müttəfiqliyi sınaqdan keçmiş və dostluğumuz daha da güclənmişdir.

Əminəm ki, Sizin prezidentliyinizin növbəti dövründə ABŞ-Azərbaycan münasibətləri daha dinamik inkişaf edəcək və dərinləşəcəkdir.

Hörmətlə,

Eddi Bernis Conson
ABŞ konqresmeni

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi