logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyasının Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedovdan

Text size icon-size icon-size

24 dekabr 2013, 15:15

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ali dövləti vəzifədə çalışdığınız illər ərzində sosial-iqtisadi inkişaf sahəsində qazanılmış mühüm uğurları və nailiyyətləri Sizin adınızla bağlayan Azərbaycan xalqının dərin hörmətini və etimadını qazanmısınız.

Əminəm ki, Rusiya və Azərbaycan xalqları arasında yaranmış dostluq ənənələri bundan sonra da mehriban qonşuluğun və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm təməl olacaq, xalqlarımızın bir-birinə yaxınlaşmasına və qarşılıqlı mənəvi zənginləşməsinə kömək edəcəkdir.

Sizə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.

Hörmətlə,

Maqomedsalam Maqomedov

Rusiya Federasiyasının Prezidenti Administrasiyası
rəhbərinin müavini

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi