Ukraynanın Prezidenti Viktor Yanukoviçdən
24 dekabr 2013, 11:55
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan dövlətinin inkişafı naminə yeni uğurlar arzulayıram.
Sizin zəngin siyasi təcrübəniz, yüksək peşəkarlığınız, dərin bilikləriniz və yeni nailiyyətlərə can atmaq səyləriniz Azərbaycan Respublikasının uğurlu inkişafının etibarlı rəhnidir.
Bu yaxınlarda Sizin Kiyevə səfəriniz çərçivəsində görüşümüzün nəticələri Ukraynanın və Azərbaycanın qarşılıqlı maraqlarına aid bütün sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək əzmində olduğunu növbəti dəfə təsdiq etdi.
Əminəm ki, əldə etdiyimiz razılaşmaların həyata keçirilməsi strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan Ukrayna-Azərbaycan münasibətlərinin daha da dərinləşməsinə kömək edəcəkdir.
Hörmətlə,
Viktor Yanukoviç
Ukraynanın Prezidenti