İlham Əliyev Çinin Mərkəzi Bankının sədrini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
31 may 2010, 12:40
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Mərkəzi Bankının sədri Çjou Syaoçuanı qəbul etmişdir.
Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycanın Çin Xalq Respublikası ilə əlaqələri bütün sahələrdə genişləndirmək niyyətində olduğunu bildirmişdir. Dünya maliyyə böhranına baxmayaraq ölkələrimizin yaxşı iqtisadi artım templəri nümayiş etdirdiyini qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlıq sahəsində birgə təşəbbüslər barədə qarşılıqlı fikir mübadiləsi aparmağın önəmini vurğulamışdır. Dövlət başçısı Çin Xalq Respublikası Mərkəzi Bankının sədrinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə və uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.
Çjou Syaoçuan yaxın vaxtlarda “Böyük iyirmiliyin” toplantısında müzakirə olunacaq beynəlxalq maliyyə sistemində aparılan islahatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini öyrənməyin səfərinin əsas məqsədlərindən biri olduğunu demişdir. Çin Xalq Respublikasının Mərkəzi Bankının sədri Çjou Syaoçuan ölkəmizə səfərinin səmərəli keçəcəyinə əmin olduğunu vurğulamışdır.